Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun konsertinə biletlər 2 günə bitdi (FOTO)


Digərləri 07 Mar 2019 13:25:00 280 0

Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun konsertinə biletlər 2 günə bitdi (FOTO)

Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun konsertinə biletlər 2 günə bitdi.

Bakı. Məşhur opera ulduzları Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun mayın 11-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinə biletlər bitib. Trend-in məlumatına görə, bütün biletlər 2 gün ərzində satılıb. Müxtəlif operalardan ariyaların ifa olunacağı “Azərbaycana sevgi ilə” adlı konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.