Dmitri Medvedev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyevanı təbrik edib


Siyasət 07 Mar 2019 13:11:00 289 0

Dmitri Medvedev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda qeyd olunur:

"Hörmətli Mehriban Arif qızı.

8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".