Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd


İdman 07 Mar 2019 12:19:00 217 0

Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

Goal.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən ilk 4 oyundon sonra 4 futbolçu bu ada namizəd göstərilib.

UEFA-nın müəyyənləşdirdiyi siyahıda 1/4 finala adlayan klubların oyunçuları yer alıb. Bunlar Uqo Lyoris (Tottenham), Duşan Tadiç (Ajax), Mussa Mareqa (Porto) və Romelu Lukakudu (Manchester United).

Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah müəyyənləşəcək.