Metroda qadının pulqabısını oğurladılar


Digərləri 07 Mar 2019 12:43:00 179 0

Metroda qadının pulqabısını oğurladılar

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun "Nizami" stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.                            Araşdırma aparılır.

Pünhan Mirzə Son.az