“Manchester United turnirdə sona kimi gedəcək”- Sulşer


İdman 07 Mar 2019 11:44:00 268 0

“Manchester United turnirdə sona kimi gedəcək”- Sulşer

Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer komandasının ÇL-nin 1/8 final mərhələsində PSG üzərində qələbəsindən (3:1) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı turnirin qalibi ola biləcəklərini deyib. Sulşer matçda dubl edən Lukakunun oyununu da şərh edib. “Lukaku tənqiddən sonra özünə gəlib. Son 3 oyunda 6 qol vurub. Pis nəticə deyil. İndi özünə uyğun olan mövqedə oynayır. PSG kimi klubları məğlub etmək asan deyil. Bu oyunda gənclərə etibar etdim. Müdafiədə səliqəli oynadıq. Zədəli futbolçularımız çoxdur. Amma bu irəli getməyə mane olmayacaq. Hesab edirəm ki, Manchester United turnirdə sona kimi gedəcək. ÇL-nin qalibi olmaq şansımız vsr. Püşkün nəticələrini gözləmək lazımdır. Pley-off mərhələsində asan rəqib olmur”, - çalışdırıcı deyib.