Bakıda velosiped oğrusu tutuldu


Digərləri 07 Mar 2019 12:15:00 238 0

Bakıda velosiped oğrusu tutuldu

Xətai rayonu S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək ona məxsus dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Analoji müraciətlərlə Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edən daha 4 şəxs onların da müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manata yaxın olan velosiopedlərinin oğurlandığı barədə məlumat veriblər. 

DİN-dən Son.az-a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

O, ifadəsində etdiyi cinayəti etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.