PSG-nin prezidenti: "Bu futboldur, riyaziyyat deyil"


İdman 07 Mar 2019 11:00:00 233 0

PSG-nin prezidenti: "Bu futboldur, riyaziyyat deyil"

PSG-nin prezidenti Nasser Əl-Xələfi komandasının Çempionlar Liqasının 1/8 finalında Manchester United-lə matçı (1:3) şərh edib.

Goal.az xəbər verir ki, prezident klubun baş məşqçisi Tomas Tuxelə güvəndiyini deyib. “Nəticəyə təəssüfləndim. İlk oyunda yaxşı oynamışdıq. İkinci matçda 3 qol buraxdıq. Topa daha çox biz nəzarət edirdik. Startdan 2 dəqiqə sonra qapımıza vurulan qol futbolçularımın qələbəyə inamını öldürdü. Bunu hiss etdim. Əlavə vaxtda təyin olunan penalti hər şeyi məhv etdi. Çempionlar Liqasında mübarizəni davam etdirməyi çox istərdik. Amma olmadı. Şok yaşadıq. Bu futboldur, riyaziyyat deyil. Eyni oyuna 10 min dəfə çıxsaq, birini də uduzmarıq. Futbolçularımızı qınamıram. Klubda dəyişiklik edilməyəcək. Bu məğlubiyyətə görə kimsə göndərilməyəcək. Baş məşqçimiz Tomas Tuxelə güvənirəm. Özü nə qərar vercəksə, versin. İndi hər şeyi soyuq başla düşünməliyik”,- prezident bildirib.