Urmiya gölündə suyun səviyyəsi artıb


Dünya 07 Mar 2019 12:02:00 213 0

Urmiya gölündə suyun səviyyəsi artıb

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölündə suyun həcmi 560 milyon kubmetr artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti Urmiya Gölünün Bərpası Komitəsinin vilayət üzrə idarəsinin direktoru Fərhad Sərxoş açıqlamasında deyib.

Onun sözlərinə görə, Urmiya gölündə su ərazisi 2402 kv.km-dir.

F.Sərxoş əlavə edib ki, suyun səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə bu il (21 mart 2018-dən başlayaraq) 25 santimetr artıb.