Rüşvətə görə həbs edilən icra nümayəndəsi məhkəmə zalından azadlığa buraxıldı


Digərləri 07 Mar 2019 12:06:00 243 0

Rüşvətə görə həbs edilən icra nümayəndəsi məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Osmanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.