Yunanıstan çempionu Mahir Mədətovla maraqlanır


İdman 07 Mar 2019 10:34:00 331 0

Yunanıstan çempionu Mahir Mədətovla maraqlanır

Goal.az-ın yerli mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçu AEK klubunun maraq dairəsinə düşüb.

Qarabağ-ın və milli komandamızın hücumçusu Mahir Mədətov karyerasını Yunanıstanda  davam etdirə bilər.

İddiaya görə, Afina təmsilçisi hələ qış transfer pəncərəsində həmyerlimizi heyətinə qatmaq istəsə də, sonradan başqa qərar qəbul edib. Buna baxmayaraq, yayda yenidən danışıqların bərpa olunacağı və AEK-in Mahirin keçidini həll edəcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm 34 oyun keçirən Mədətov 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.