Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb (FOTO)


Digərləri 07 Mar 2019 11:41:00 243 0

Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb (FOTO)

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Hult Prize müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmış BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Hult Prize müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmış BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün belə layihələrdə iştirakın əhəmiyyətini qeyd edərək onları təbrik edib. Bildirib ki, müasir dövrdə dünyada artıq qəbul olunan 5-ci sənaye inqilabı şəraitində əmək bazarında rəqabətədavamlılıq baxımından müasir yanaşmalara sahib istedadlı tələbələri bir yerə toplayan Hult Prize müsabiqəsində iştirak həm də ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyə imkan yaradacaq.