Bakıda velosiped oğrusu saxlanılıb (FOTO)


Digərləri 07 Mar 2019 10:49:00 249 0

Bakıda velosiped oğrusu saxlanılıb (FOTO)

Xətai rayonu, S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək ona məxsus dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Bakı. Xətai rayonu, S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək ona məxsus dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, analoji müraciətlərlə Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edən daha 4 şəxs onların da müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manata yaxın olan velosiopedlərinin oğurlandığı barədə məlumat veriblər. Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.