Qəbələ sakinindən ov tüfəngi götürülüb


Digərləri 07 Mar 2019 10:38:00 198 0

Qəbələ sakinindən ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, martın 6-da Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nic qəsəbə sakini Anton Aqaidən müvafiq sənədləri olmayan “TOZ-16” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.