Bizim uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?


Digərləri 07 Mar 2019 09:10:15 194 0

Bizim uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkəmizdəki uzunömürlülərin "Ginnesin Rekordlar Kitabı"na salınmamasının səbəbini açıqlayıb.

Son.az xəbər verir ki, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə deyib:

"2015-ci ildə Tokioda yaşayan 117 yaşlı Misao Okavanın ölümündən sonra dünyanın ən yaşlı sakini 1899-cu il təvəllüdlü afro-amerikalı xanım Cons olub və o, 2016-cı ildə vəfat edib. 15 aprel 2017-ci ilə qədər dünyanın ən yaşlı sakini İtaliyadan olan 117 yaşlı Emma Morano olub. Hazırda isə dünyanın "Ginnesin Rekordlar Kitabı"na düşən ən yaşlı sakin 112 yaşlı yapon Masadzo Nonakadır. Azərbaycanda yaşı verifikasiya olunan uzunömürlülər arasında bu yaşa çatmış sakin olmadığından hələ ki "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək uzunömürlümüz yoxdur".

U.Həşimova qeyd edib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər: