BV9800 və Max 1 Projector


Digərləri 07 Mar 2019 08:51:00 203 0

BV9800 və Max 1 Projector

Çin istehsalçısı Blackview, MWC 2019-da iki yeni telefon təqdim etdi.

Blackview, güclü smartfonları ilə tanınan məşhur Çin smartfon istehsalçısıdır.

Son.az chip.az-a istinadən bildirir ki, şirkət Barselonadakı MWC 2019-da BV9800 və Max 1 Projector adlı iki yeni cihaz təqdim etdi. Bu telefonlar bir sıra üstün xüsusiyyətlərə malikdir ki, hər iki qurğu suya, zərbəyə və toza davamlıdır.

BV9800

Blackview BV9800 dözümlü bir cihaz olsa da dizayn baxımından gözəl görünüşə sahibdir. Üçlü arka kamera cihazın mərkəzində mükəmməl bir şəkildə yerləşdirilib. Cihazın hər iki tərəfindəki düymələr toz və suyun cihaza daxil olmasını qarşısını almaq üçün tamamilə kənarlara kip yerləşdirilib. Arxa kamera modulları ilə birlikdə cihazın alt tərəfində səsucaldan nəfəslikləri yerləşdirilib.

Blackview BV9800 xüsusiyyətləri:

Blackview BV9800 Sony IMX586 48 MP + 12 MP 2 kamera və 16 MP linza ilə üçlü kamera quruluşuna malikdir. Ön selfie və video çəkilişlərin keyfiyyətini artırmaq üçün 16 MP-lik kameradan istifadə olunub. Sürəti 2.1 GHz olan P90 səkkiz əsaslı prosessor ilə dəstəklənir.