Qazaxda xeyli sayda döyüş sursatı tapılıb FOTO


Digərləri 07 Mar 2019 08:38:00 238 0

Qazaxda xeyli sayda döyüş sursatı tapılıb  FOTO

Qazaxda mina və partlamamış hərbi sursatlar tapılıb.

ANAMA-dan Son.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan tarixdə Ağköynək kəndinin ərazisinə baxış keçirilib, havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirləri 2019-cu ilin 6 mart tarixində davam etdirilib, nəticədə Aslanbəyli kəndi ərazisində 2 müxtəlif yerdə otlaq sahəsinə baxış keçirilib.


Xəbərə aid fotolar