İşlətdikcə sahibinə pul qazandıran M1 smartfonu:


Digərləri 07 Mar 2019 08:21:00 204 0

İşlətdikcə sahibinə pul qazandıran M1 smartfonu:

Kriptovalyuta bazarında öz valyutası ilə yer alan, block zənciri sektorunun ən diqqət çəkici üzvlərindən olan Electroneum, M1 adlı smartfon istehsal edir.

Belə ki, Android əməliyyat sistemi bulud bazası yarada bilir. Yəni işlədikcə sahibinə pul qazandırır.

Kriptovalyuta bazarı üçün güclü prosessorlara ehtiyac duyulur. Mərkəzi olmayan blok zəncirində baza yaratmağa yardımçı olan hər bir cihaz proseslərə uyğun olaraq öz payını alır. Alınan bu pay əgər birjalarda əməliyyat görən bir kripto pula məxsusdursa pul qazanır. Bitcoin, Ethereum və daha bir çox kripto pul bu şəkildə işləyir.

Kripto pul baza əldə etməyin bir yolu da var: Cloud baza. Mərkəzi prosessordan istifadə etmək əvəzinə, minlərlə cihazın ümumi şəbəkəsi ilə yüksək hesablama gücünə çatmaq olar. Electroneum da bulud bazalarının qanuni səviyyəyə çatdırılmasına əhəmiyyət verir.

Son.az chip.az-a istinadən bildirir ki,Electronum platforması 80 dollarlıq smartfon istehsal edib. Bu telefonun ən təəccüblü xüsusiyyəti, öz kripto pulları olan ETN-nin bazasını yerinə yetirmək qabiliyyətidir. M1 adlı cihaz, verilən açıqlamalara görə ayda 3 dollar dəyərində sahibinə Electronum (ETN) qazandıra bilər.