“Məqsədlər üçün ələlə” layihəsinə start verilib


Digərləri 07 Mar 2019 08:18:00 232 0

“Məqsədlər üçün ələlə” layihəsinə start verilib

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə "Məqsədlər üçün əl-ələ" layihəsinə start verilib.

Son.az Trend-ə istinadən bildirir ki, layihənin məqsədi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti barəsində gənclərin məlumatlandırılması, həmçinin onları bu sahədə zəruri tədbirlər həyata keçirməyə istiqamətləndirməkdir.

5 regionu əhatə edəcək layihə çərçivəsində paytaxt və region gəncləri üçün müvafiq sahə üzrə xüsusi təlimçilər və gənc səfirlərlə görüşlər təşkil olunacaq.