İŞİD Əfqanıstandakı terror aktına görə cavabdehliyi öz üzərinə götürüb


Dünya 07 Mar 2019 08:20:00 201 0

İŞİD Əfqanıstandakı terror aktına görə cavabdehliyi öz üzərinə götürüb

İŞİD terror qruplaşması Əfqanıstanın Cəlilabad şəhərində baş verən terror aktına görə cavabdehliyi öz üzərinə götürüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında bir neçə terrorçu Əfqanıstanın Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlilabad şəhərində tikinti şirkətinin obyektinə hücum ediblər. Hücum zamanı 16 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.