Twitterdə yeni funksiya hazırlanır


Digərləri 07 Mar 2019 08:01:00 251 0

Twitterdə yeni funksiya hazırlanır

"Twitter" mikrobloqlar servisi istifadəçilərə dərc edilən məlumatlar altında arzuolunmaz şərhləri gizlətməyə imkan verən yeni funksiya hazırlayır.

Son.az ICTnews-a istinadən bildirir ki, funksiyadan "Paylaş" düyməsinə basmaqla yararlanmaq mümkün olacaq.

Yenilik barədə şirkətin məhsullar üzrə baş meneceri Yasmin Hak "Twitter" hesabında bildirib. Onun sözlərinə görə, istifadəçilər mövcud komandalar vasitəsilə məlumatları mənfi rəylərdən tam qoruya bilmirlər. Məsələn, dərc edilən məlumatlar üçün cavablardan şikayət etmək yalnız onlar şirkətin qaydalarını pozduqda mümkündür. Yeni funksiya mikrobloqların moderasiya imkanlarını genişləndirməyə şərait yaradacaq.