Türkiyəyə təzyiq etməklə ABŞ silah bazarındakı zəifliyini göstərdi


Dünya 07 Mar 2019 07:55:00 203 0

Türkiyəyə təzyiq etməklə ABŞ silah bazarındakı zəifliyini göstərdi

Moskva  ABŞ və Türkiyə arasında S-400 sistemlərinin tədarükü ilə bağlı yaranmış gərginliyə münasibət bildirib.

"Vaşinqtonun Türkiyənin S-400 sistemlərini almasına mane olmaq cəhdləri ABŞ-ın silah bazarındakı mövqeyinin zəifliyinin təzahürüdür".

Son.az oxu.az-a istinadən bildirir ki, bu fikirləri  Rusiyanın Xarici İşlər Nazirliyinin Nüvə Silahının Yayılmaması və Silahlara Nəzarət İdarəsinin direktoru Vladimir Yermakov səsləndirib. Onun sözlərinə görə, "Triumf" hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə reallaşmaq üzrədir:

"Hesab edirik ki, rus silahları cari ilin sonunadək Türkiyəyə təqdim olunacaq. Biz Vaşinqtonun bununla əlaqədar Ankaraya təzyiq göstərməsindən xəbərdarıq. Bunu ABŞ-ın silah bazarındakı rəqibinin mövqeyini siyasi yolla zəiflətmək istəyi kimi qiymətləndiririk. Bu onu göstərir ki, ABŞ qlobal silah bazarına bizim silahlarımızdan daha keyfiyyətli və müvafiq qiymətə silah çıxara bilmir.Vaşinqtonun əlində qeyri-sağlam təzyiq alətləri qalıb, lakin suveren dövlətlər belə təzyiqlərə boyun əymirlər".