Ukrayna Türkiyədən pilotsuz uçan aparatlar alıb


Dünya 07 Mar 2019 07:45:00 255 0

Ukrayna Türkiyədən pilotsuz uçan aparatlar alıb

Ukrayna Türkiyədən "Bayraktar TB2" pilotsuz uçan aparatlar (PUA) alıb. Tezliklə onların sınaqlarına başlanılacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, ölkə prezidenti Petro Poroşenko bildirib ki, yanvar ayında Türkiyə ilə PUA tədarükünə dair saziş imzalanıb.