PlayStation Vitanın istehsalı dayandırılır


Digərləri 07 Mar 2019 07:01:00 188 0

PlayStation Vitanın istehsalı dayandırılır

Yaponiyanın "Sony" şirkəti yaxın vaxtlarda "PlayStation Vita" portativ konsolunun ticarət şəbəkələrinə tədarükünün dayandırılacağını rəsmən bəyan edib.  

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət oyun qurğusunun tezliklə Yaponiyada istehsalının dayandırılması ilə bağlı əvvəllər yayılan informasiyanı da təsdiq edib. Dəqiq müddət açıqlanmasa da, şirkət tərəfindən "PlayStation 3" ilə bağlı oxşar bəyanatın konsolun istehsalının faktiki dayandırılmasından iki ay əvvəl verilməsini xatırlamaq olar.

Məlumata görə, hazırda satışda müvafiq olaraq "PCH-2000 ZA11" və "PCH-2000 ZA23" nömrəli korpusu qara və göy rəngli iki "PlayStation Vita" konsol modeli var. Lakin şirkət konsolu almaq istəyənlərə tələsməyi tövsiyə edir.