Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti keçirilib (FOTO)


Digərləri 07 Mar 2019 01:50:00 253 0

Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti keçirilib (FOTO)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin tələbələrinin iştirakı ilə “Könül nəğmələri” adlı konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin tələbələrinin iştirakı ilə “Könül nəğmələri” adlı konsert keçirilib. Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşan konsert 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.