Bu qızla evlənən şəxsə qayınatası milyonlar verəcək FOTO


Digərləri 06 Mar 2019 23:51:00 203 0

Bu qızla evlənən şəxsə qayınatası milyonlar verəcək  FOTO

Taylandlı iş adamı Arnon Rodthonq 26 yaşlı qızı ilə evlənəcək kürəkəni tapmaq üçün müsabiqə keçirəcəyini bildirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Arnon müsabiqənin qalibinə 500 min manatdan çox pul mükafatı verəcək.

Arnonun sosial şəbəkədə bu barədə məlumat verməsindən sonra yüzlərlə insan qızla evlənmək üçün müraciət edib. Meyvə biznesi ilə məşğul olan 58 yaşlı Arnon qızının ailə qurmaq istədiyini, onun üçün ideal ər tapmaq üçün müsabiqə keçirəcəyini bildirib. Qalib gələn şəxsə isə 10 milyon Tayland bahtı (pul vahidi-Azərbaycan manatı ilə 500 min manatdan çox) mükafat veriləcəyini deyib.


Xəbərə aid fotolar