Yaponiyada gözün buynuz qişası xəstəliyinin gövdə hüceyrələri vasitəsilə müalicəsinə icazə verilib


Digərləri 06 Mar 2019 23:37:00 249 0

Yaponiyada gözün buynuz qişası xəstəliyinin gövdə hüceyrələri vasitəsilə müalicəsinə icazə verilib

Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi gözün buynuz qişası xəstəliyinin müalicəsi məqsədilə gövdə hüceyrələrindən (iPS hüceyrələri) istifadə üçün kiliniki sınaqlara icazə verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilir ki, söhbət gözün buynuz qişasının nazilməsi nəticəsində yaranan keratokonus xəstəliyindən gedir. Bu xəstəlik nəticəsində insanın görmə qabiliyyəti zəifləyir.