Küçədə sataşdılar, bıçaqladı...


Kriminal 06 Mar 2019 22:39:00 187 0

Küçədə sataşdılar, bıçaqladı...

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən N.Ayxanovun vəkili Gülşən Salmanova bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham kifayət qədər ağırdır: "O, cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin nəticəsində törədib. Əvvəlcədən tanımadığı 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilərəkdən Namiqə "nəyə baxırsan" iradını bildirərək onunla mübahisə edib. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Namiqi döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamilə zərbə endirib".

Məhkəmənin hökmü ilə N.Ayxanov 7 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.