Avropa İttifaqında internet vasitəsilə satış üzrə sonuncu yerdə...


Digərləri 06 Mar 2019 22:43:00 232 0

Avropa İttifaqında internet vasitəsilə satış üzrə sonuncu yerdə...

Avropanın statistika agentliyi "Avrostat"ın məlumatına əsasən, Bolqarıstan və Sloveniya Avropa İttifaqında (Aİ) kommersiya müəssisələrinin məhsullarının internet vasitəsilə satış sayına görə siyahıda sonuncu yeri tutub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Aİ ölkələrində orta rəqəm olaraq 7 faiz satış internet vasitəsilə aparılır. Bolqarıstanda və Sloveniyada isə bu rəqəm 2 faizə bərabərdir. Məlumata görə, Aİ-də müəssisələr orta rəqəmlə 6 faiz satışı öz saytları və mobil əlavələri vasitəsilə aparır. Bir faiz satış isə onlayn elektron platformalar vasitəsilə həyata keçirilir. Ən çox onlayn satış Belçika və İrlandiya müəssisələri aparır. Onların satış faizi 15-ə bərabərdir.