Sidiyini saxlaya bilməyənlər Utanc gətirən patologiyadan xilas olmaq mümkündür


Digərləri 06 Mar 2019 22:35:00 229 0

Sidiyini saxlaya bilməyənlər  Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

Sidiyi qaçırmaq, saxlaya bilməmək - tibbi dildə adı İnkotinentasiya- neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub, daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb. 

Amma son zamanlar pasiyent şikayətləri göstərir ki, bu problemə lazımi qiymət verilməyib. Çünki  gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemi keçirir.    Rusiyalı uroloq Dmitriy Puşkarın məlumatına görə, qadınlar arasında sidiyi qaçırmaq 37% təşkil edir. Bu rəqəm Seçenov adına Universitetin rəqəmi ilə də üst-üstə düşür: 33,6 %

Lakin bu qadınların cəmi 8 %-i probleminə görə uroloq və ginekoloqlara müraciət edir. Qalanı dərdi ilə baş-başadır, utanır, sirrini heç kimə demir. Azərbaycanda da vəziyyət belədir. Çoxları bununla barışır, hesab edir ki, sidik kisəsi boşalıb, sallanıb, yaşla bağlıdır və daha müalicəsi yoxdur.

Son.az medicina.az-a istinadən sidik qaçırmasının səbəblərini təqdim edir:

Bu sidik ifrazı aktı üzərində insanın iradəsinin və nəzarətinin zəifləməsi və itməsidir.

Daha çox çətin doğuşlar, çoxsaylı doğuşlar, ginekoloji şipslərin qoyulması, stress kimi səbəblərdən başlayır.

Keysəriyyə üsulu ilə ana olan qadınlarda bu patologiya 2 dəfə az rastlanır. Kiçik çanaq dibinin əzələsinin zəifləməsi, boşalması, uretranın sfinkterinin işinin pozulması patologiyanı yaradır. 

Aşağıdakı xəstəliklər də sidik saxlamamağa səbəb ola bilir:

-Artıq çəki, piylənmə -Sidik ifrazat sisteminin anomaliyası -Sidik kisəsinin kəskin xroniki infeksiyaları -Öskürək -Alsgeymer, Parkinson xəstəliyi -Skleroz -Şəkərli diabet -İnsult -Onkoloji xəstəlikər -Böyrək və sidik kisəsi daşları

Bəzi preparat və ərzaqlar, qidalanma da sidik ifrazatını poza bilir: antidepressantlar, sidikqovucular, alkoqol, qazlı su, sitrus meyvələri, acılı souslar, ədviyyatlar, çay. 

Həkimlər sidiyi saxlaya bilməməyin aşağıdakı formalarını ayırd edir:

İmperativ - xarici amillərdən asılı olaraq sidiyə çağırma: su səsi,fontan, gur işıq və s. Bu xəstədə hiperaktiv sidik kisəsi olduğundan ani olaraq sinir impulslarını sürətlə göndərir. 

Stress səbəbindən - uretranın sfinkterinin işində qapanma olur. Kisənin zəifləmiş əzələsi sidik kisəsinin tam yığılıb boşalmasını təmin edə bilmir. Sidiyə getdikdən bir müddət sonra əzələ boşalır, kisədə qalan sidik heç bir siqnal, çağırış olmadan axır.  Daha çox bərkdən güləndə, qaçanda, ağırlıq qaldıranda, öskürəndə, seks zaması baş verir. İstənilən yaşda xanımlarda rast gəlinir.