114 yaşlı Şabikə nənə: Yoldaşım məni gəmi ilə qaçırmışdı VİDEO FOTO


Digərləri 06 Mar 2019 22:00:00 359 0

114 yaşlı Şabikə nənə: Yoldaşım məni gəmi ilə qaçırmışdı  VİDEO  FOTO

Axundova Şabikə Fərhad qızı Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, kəndin ən yaşlı sakinidir. Şabikə nənənin nə az, nə çox, düz 114 yaşı var.

Son.az bildirir ki, oxu.az-ın əməkdaşları 114 yaşlı qadının evində olub, onunla söhbətləşiblər:

Şabikə Axundovanın şəxsiyyət vəsiqəsində 1905-ci ildə anadan olduğu qeyd edilib. Şabikə nənə deyir ki, bu yaşa çatmasına əsas səbəb ömür boyu fiziki işlər görməsi olub:

- Şağlaser kəndində doğulmuşam. Ailə qurub Boladi kəndinə gəlin gəlmişəm. Ailədə üç bacı, üç qardaş olmuşuq. Bacı-qardaşlarım dünyasını dəyişib. Mən fiziki işlərlə çox məşğul olurdum. Əsasən, çay yığırdım. Həyət-bacada işləyirdim.

- Neçə övladınız var?

- Doqquz övladım - beş oğlan, dörd qızım var. Qızlarımdan biri dünyasını dəyişib.

- Nəvə-nəticələriniz çox olar.

- 40 nəvəm, 20-yə yaxın nəticəm, doqquz kötücəm, iki yadıcam var. Bakıda yaşayırlar. Hərdən darıxıram onlar üçün. Arada gəlib məni görürlər.

- 114 il ömür yaşamısınız. Həyatda peşman olduğunuz məqamlar olub?

- Yaddaşımda çox şeylər qalmayıb. Amma peşmançılığım olmayıb. Allah rəhmət eləsin, yoldaşım çox yaşı adam olub, çox xoşbəxt günlər yaşamışıq.

- Yoldaşınızla sevib evlənmişdiniz?

- Məni çox sevirdi (gülür). Sevib evlənmişəm. Yoldaşım o vaxt məni gəmi ilə qaçırmışdı. Bir-birimizə çox dəyər verirdik. İndiki sevgilər kimi deyildi. Təəssüf ki, yoldaşımı tez itirdim. Onun sağlığında həyatımın ən gözəl günlərini yaşamışam.

- Yoldaşınızı tez itirdiyinizi dediniz. Sonra yenidən ailə həyatı qurmaq istəmisiniz?

- 1994-cü ildə yoldaşımı itirmişəm. Qadın bir dəfə ailə qurar. Ömür boyu da o insanla həyatını başa vurar. Mən heç vaxt yoldaşımdan sonra ikinci bir insanla ailə qurmağı düşünməmişəm.

- Bu yaşda darıxdığınız kimsə var?