Yevlaxda 65 ədəd partlamamış hərbi sursat aşkar edilib FOTO


Digərləri 06 Mar 2019 21:41:00 315 0

Yevlaxda 65 ədəd partlamamış hərbi sursat aşkar edilib  FOTO

Yevlaxda 65 ədəd partlamamış hərbi sursat aşkar edilib.

ANAMA-dan Son.az-a verilən məlumata görə, 2019-cu il 05 Mart tarixində saat 10:55-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Yevlax şəhəri, Aran qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə 2019-cu il 05-06 mart tarixlərində yuxarıda adı qeyd olunmuş ərazidə ferma sahəsinə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd partlamamış hərbi sursat (PHS) və 123 ədəd təlim (tərkibində partlayıcı maddə olmayan) məqsədli mərmilər aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.