"Yüz ilin tənhalığı" romanı əsasında film çəkilir


Digərləri 06 Mar 2019 21:44:00 207 0

"Yüz ilin tənhalığı" romanı əsasında film çəkilir

ABŞ-ın "Netflix" kinoşirkəti məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" romanı əsasında film çəkmək hüququnu əldə edib.

Son.az report-a istinadən bildirir ki, icraçı prodüser olaraq yazıçının oğlanları - Rodriqo və Qonsalonun iştirak etdikləri layihə roman əsasında serial yaradılmasını nəzərdə tutur. Çəkilişlərin əsas hissəsi yazıçının vətəni Kolumbiyada aparılacaq.