Spirtli içkidən asılı olan insanların SAYI açıqlandı


Digərləri 06 Mar 2019 21:47:00 217 0

Spirtli içkidən asılı olan insanların SAYI açıqlandı

Azərbaycanda qeydiyyatda olan alkoqoliklərin (alkoqol asılılığı olan şəxslər) sayı açıqlanıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə özəl olaraq bildirilib ki, 2011-ci ildə 19 765 nəfər, 2012-ci ildə 21 103 nəfər, 2013-cü ildə 21 584 nəfər, 2014-cü ildə 22 278 nəfər, 2015-ci ildə isə 21 777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21 909-a, 2017-ci ildə 21 364-ə yüksəlib. Ötən il isə rəsmi qeydiyyata alınan alkoqoliklərin sayı yenidən azalaraq 20 401-ə enib.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619, 2016-cı ildə 555, 2017-ci ildə 618 nəfər, 2018-ci ildə 508 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşından sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1 (2017-ci ildə 1), 18-24 yaşlı 351 (2017-ci ildə 341, 2016-cı ildə 338, 2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 971 (2017-ci ildə 926, 2016-cı ildə 924, 2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1587 (2017-ci ildə 1553, 2016-cı ildə 1638, 2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1892 (2017-ci ildə 1850, 2016-cı ildə 1798, 2015-ci ildə 1660, 2014-cü ildə 1669) nəfər alkoqolik var.

Ötən il ərzində Azərbaycanda 40-44 yaşlı 2740 (2017-ci ildə 2686, 2016-cı ildə 2628, 2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3261 (2017-ci ildə 3224, 2016-cı ildə 3165, 2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3308 (2017-cı ildə 3399, 2016-ci ildə 3386, 2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3229 (2017-ci ildə 3383, 2016-ci ildə 3468, 2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2 133 (2017-ci ildə 2565, 2016-cı ildə 2861), 65 yaşdan yuxarı 928 (2017-ci ildə 1436, 2016-cı ildə 1713, 2014-cü ildə ümumilikdə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə ölkədə alkoqolik kimi qeydiyyata götürülənlərin 746 nəfəri qadındır. Ötən il spirtli içki asılılığı olanlardan 1556 nəfəri qeydiyyatdan çıxarılıb.