ABŞ İranın daha bir silahlı qruplaşmasını terrorçu kimi tanıdı


Dünya 06 Mar 2019 21:04:00 199 0

ABŞ İranın daha bir silahlı qruplaşmasını terrorçu kimi tanıdı

ABŞ İraqda fəaliyyət göstərən "Harakat əl-Nucaba" qruplaşmasını terrorçu elan edib.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Bildirilib ki, onun lideri Əkrəm Abbas əl-Kəbi terrorçu kimi tanınıb.

Departament vurğulayıb ki, bu qərar İranın təcrid edilməsinə və onun terrorçu qruplara yardım etməsinin qarşısını almaq üçün addımlardandır: "ABŞ gələcəkdə də İranın zərərli fəaliyyətinə cavab verərək İraqın suverenliyinə ziyan vurmaq cəhdlərinin qarşısını alacaq".