Nazirlər Kabineti: Şəki aeroportunun bərpası məsələsinə baxılır


Digərləri 06 Mar 2019 20:11:00 221 0

Nazirlər Kabineti: Şəki aeroportunun bərpası məsələsinə baxılır

Hazırda Şəki Hava Limanının bərpa edilərək işə salınması ilə bağlı məsələlərə baxılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti (NK) açıqlayıb.

NK bildirib ki, Şəki şəhəri və ətraf yaşayış məntəqələri üzrə sərnişindaşımaların yaxın beynəlxalq hava limanları vasitəsilə həyata keçirilməsi, regiona sərnişin-turist axını araşdırıldıqdan və büdcə tərəfindən maliyyələşdirildikdən sonra Şəki Hava Limanının fəaliyyəti bərpa ediləcək. "Azərbaycan Hava Yolları" QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.