Xəstələnməmək üçün bu qidalardan istifadə edin


Digərləri 06 Mar 2019 20:04:00 175 0

Xəstələnməmək üçün bu qidalardan istifadə edin

Payız, qış aylarında qrip və soyuqdəymə riski artır. Bu riski azaltmaq üçün müəyyən qidalar var ki, onları qəbul etmək daha məqsədəuyğundur.

Son.az axşam.az-a istinadən xəstələnməmək üçün qəbul etməli olduğunuz bir neçə qidanı təqdim edir:

Qatıq

Qatıq probiotik qidadır. Tərkibində olan sağlam bakteriyalar mədəni və həzm sistemini yaxşılaşdırır. Xəstəliyə yol aça bilən mikrobları bağırsaqdan uzaqlaşdırır. Hər gün qatıq yeyən insanlar daha az xəstəliyə tutulur. 

Yulaf

Yulaf, arpa kimi qidalar immunitet sistemini gücləndirir, yaraları daha sürətli sağaldır və antibiotiklərin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.

Sarımsaq

Sarımsağın tərkibində olan alisinin bakteriyalar və infeksiyalarla mübarizə aparır. Sarımsaq həm də soyuqdəymə riskini azaldır. Bu qida bağırsaq və mədə xərçənginə tutulmamaq üçün də mükəmməl rol oynayır.

Qabıqlı dəniz məhsulları