20 il əvvəlin “namus” qisasını alan gənc


Kriminal 06 Mar 2019 20:00:00 190 0

20 il əvvəlin “namus” qisasını alan gənc

Şabran rayonunda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 15-nə təyin edilib.

İttihama görə, ötən il iyulun 9-da Şabran rayon sakini Ağayəhya Abbasov həmyerlisi, 1970-ci il təvəllüdlü Rəşid Əhmədova ürək nahiyəsindən 2 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Qətl hadisəsinin baş vermə səbəbi ilkin olaraq şəxsi münaqişə olub.