Sabahdan bu küçədə hərəkət məhdudlaşdırılacaq


Digərləri 06 Mar 2019 19:31:00 213 0

Sabahdan bu küçədə hərəkət məhdudlaşdırılacaq

Biləcəri qəsəbəsi, Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə start verilir. Bununla əlaqədar olaraq yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.