ABŞ yəhudi icmasının rəhbəri: "Azərbaycanda sərbəst ibadət..."


Digərləri 06 Mar 2019 19:01:00 281 0

ABŞ yəhudi icmasının rəhbəri: "Azərbaycanda sərbəst ibadət..."

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıda yerləşən dini ibadət yerləri və yəhudi məktəbi ilə tanış olublar.

Son.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Heydər məscidində olan nümayəndə heyətinə məlumat verilib ki, tikintisinə 2012-ci ilin sentyabrında başlanılan məscid 2014-cü il dekabrın 26-da istifadəyə verilib.

Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Bildirilib ki, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Dini, mədəni və tarixi abidələrin bərpasına ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Əlavə edilib ki, məsciddə qılınan vəhdət namazları nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.


Xəbərə aid fotolar