“Məqsədlər üçün ələlə” layihəsinə start verildi


Digərləri 06 Mar 2019 18:14:00 162 0

“Məqsədlər üçün ələlə” layihəsinə start verildi

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Məqsədlər üçün əl-ələ" layihəsinə start verilib.

Son.az xəbər verir ki, layihənin məqsədi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti barəsində gənclərin məlumatlandırılması, həmçinin onları bu sahədə zəruri tədbirlər həyata keçirməyə istiqamətləndirməkdir.

5 regionu əhatə edəcək layihə çərçivəsində paytaxt və region gəncləri üçün müvafiq sahə üzrə xüsusi təlimçilər və gənc səfirlərlə görüşlər təşkil olunacaq.