Alleqri istirahət etmək istəyir


İdman 06 Mar 2019 18:08:00 211 0

Alleqri istirahət etmək istəyir

Goal.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssisin yayda istirahət götürməyi düşündüyü  bildirilib. İtaliyalı çalışdırıcının gərgin iş rejimindən yorulduğu bildirilib. Ondan  Çempionlar Liqasının qalibi olmağı tələb olunduğu vurğulanıb.

Juventus-un baş məşqçisi Massimiliano Alleqri bu mövsümün  sonu Turin klubundan ayrılmağa hazırdır.

Qeyd edək ki, bundan əvvəl Zinəddin Zidan Real-da uğurlu mövsüm keçirməsinə  baxmayaraq,  istefa vermişdi. O, bir ilə yaxındır istirahət edir.

Əlavə edək ki,  hazırda A seriyasında lider olan Juventus Alleqrinin rəhbərliyi altında 5-ci dəfə ölkə çempionu olmağa yaxındır. Ancaq komanda Çempionlar Liqasında ilk matçda Atletico-ya 0:2 hesabı ilə uduzub.