"Helikopterlərin iştirakı ilə hava əməliyyatları"


Siyasət 06 Mar 2019 18:04:00 176 0

"Helikopterlərin iştirakı ilə hava əməliyyatları"

Azərbaycan Hərbi Hava Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilən Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO (NEL-1) qiymətləndirilməsinə hazırlıq məqsədilə Bakıda "Helikopterlərin iştirakı ilə hava əməliyyatları" mövzusunda seminar keçirilir.

Bu barədə Son.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun mobil təlim qrupu tərəfindən keçirilən və martın 8-dək davam edəcək seminarda müxtəlif mövzularda brifinqlər təqdim ediləcək.