İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olundu


Digərləri 06 Mar 2019 17:51:00 213 0

İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olundu

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Son.az xəbər verir ki, bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq:

"BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə, günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq".