“Muğamat var olan yerdə” layihəsi


Kriminal 06 Mar 2019 17:54:00 254 0

“Muğamat var olan yerdə” layihəsi

Martın 5-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının "Muğamat var olan yerdə" birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Son.az xəbər verir ki, layihə çərçivəsində Televiziya Muğam Müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist, xanəndə Elnur Zeynalovun "Neyçün gəlməz" mahnısı ilə start verilən konsertdə daha sonra xanəndələr Mirələm Mirələmov "Dəşti" təsnifi, Gülzar Fərəcova "Dağları duman alanda", Rəvanə Əmiraslanlı "Uca dağlar", Mustafa Mustafayev "Gözəlim sənsən", Zeynal Əhmədov "Şur" təsnifini ifa ediblər. Gecədə Elnur Zeynalov  Televiziya Muğam müsabiqələrinin qalibləri Gülzar Fərəcova "Xəbərsiz", Rəvanə Əmiraslanlı "Deyin hardadır", Sədəf Budaqova "Ninnə"  ilə birlikdə maraqlı duetlər ifa ediblər. Bildiyimiz kimi,Beynəlxalq Muğam Mərkəzi bir sıra iri layihələr həyata keçirir. Bunlardan "Muğam axşamları", "Muğamat var olan yerdə", "Unudulmayanlar", "Dastan gecələri", "Aşıq musiqisi axşamları", "Yeni nəsil dəvət edir" və digərlərini qeyd etmək olar. Mərkəzin belə layihələri keçirməkdə məqsədi, muğam sənətini, aşıq musiqisini, dastanları, xanəndələrin ifasında muğamları, xalq mahnılarını və təsnifləri nəsildən nəsilə ötürməkdir. Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.


Xəbərə aid fotolar