Bakı Dairəvi-1 avtomobil yolunda təmir aparılır


Digərləri 06 Mar 2019 17:48:00 204 0

Bakı Dairəvi-1 avtomobil yolunda təmir aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.

Bakı. Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır. Agentlikdən Trend-ə verilən məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir. İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur.