Qol vurdu, tablodakı rəqəmləri özü dəyişdirdi


İdman 06 Mar 2019 17:17:00 288 0

Qol vurdu, tablodakı rəqəmləri özü dəyişdirdi

Qvatemalanın B çempionatında Deportivo Karcha - Deportivo Coatan matçında maraqlı hadisə baş verib.

Goal.az xəbər verir ki, meydan sahibi oyunda minimal hesabla (1:0) qalib gəlib. Qələbə qolunu 80-ci dəqiqədə penaltidən klubun argentinalı yarımmüdafiəçisi Luis Akunya vurub. 22 yaşlı futbolçu qoldan dərhal sonra stadionun kənarındakı tabloya tərəf qaçaraq rəqəmləri öz əli ilə dəyişdirib. Sevincini bu formada qeyd edən futbolçu buna görə xəbərdarlıq alıb.