Elvin Abdullayev: "Özümü səksən faiz seksual hesab edirəm"


Şou-biznes 06 Mar 2019 16:57:00 578 0

Elvin Abdullayev: "Özümü səksən faiz seksual hesab edirəm"

Son.az müğənni Elvin Abdullayevin axşam.az-la söhbətini təqdim edir:

- Çəkdirdiyiniz klipləriniz sosial mediada "Yeni ulduz"dakı görüntüləriniz qədər izlənmir. Bunun səbəbi nədir?

- İnsanlar çox bəsit, qalmaqal və biabırçı görüntülərə daha çox önəm verirlər. Buraya söyüşlü və intim videolar da daxildir. Tanınmamış başdanxarab insanların videolarının da nə qədər izləndiyinin fərqindəyəm. Sosial mediada yayılan "Yeni ulduz" müsabiqəsinin seçim turlarından olan görüntülərdə mənə müxtəlif rəylər gəlmişdi. Biri yazmışdı ki, alçaq dağları bu yaradıb, filan yerin behini verib və sair. Heç vaxt rəylərə cavab yazmamışam. Görünür ki, insanları daha çox bunlar maraqlandırır. Görüm bunun əvvəli necə olub, yaxud indi kim olub ki? Haradan gəlib və digər...

- Belə rəylərə reaksiya verirsiniz?

- Rəy bölməsinə zarafatyana bir obyekt kimi yanaşıram. Heç kim orada ciddi ola bilmir. Hamı öz fikrini bildirir, əksəriyyəti ağzına gələni danışır.

- Tez-tez məclislərə gedirsiniz. Həmin yerlərdə sizə göz qoyan xanımlardan özünüzü qoruyursunuz?

- Getdiyim məclislərdə kiminləsə baxışmıram. İş prosesində belə şeyləri qəbul etmirəm. İlk növbədə ailəliyəm, bu, yaxşı bir iş deyil. Tanış olmaq olar təbii ki... Ancaq baxışmaq, filan keçmişdə qalıb. Özümü qorumağa isə ehtiyac yoxdur. Həyat davam edir. Nə olsun ki, evliyəm? Başqaları kimi gündə evlənib, boşanmağı sevmirəm. Ailəmə və övladlarıma sadiqəm.

- Bəs, İnstaqram "direct"dən tanış olmaq üçün yazanlar olur?

- Hazırda "direct"imdə 256 oxunmamış mesaj var ki, onlar çox əcaibdir. Bunların hamısını xanımlar yazıb. Nömrə yazan kim, görüntülü zəng edən kim... Elə təkliflər edirlər ki, şoka düşürəm. Düşünürəm ki, bizim bəzi başdanxarab xanımlar niyə bu səviyyəyə çatıb?

- Evli olmağınız isə tanışlığa mane olur...

- Bundan narazı deyiləm. 6 ildir evliyəm, bizdə hər şey qaydasındadır.