Buldozerin 10 min manatlıq ehtiyat hissələrini metal qəbulu məntəqəsinə satdılar (FOTO)


Digərləri 06 Mar 2019 16:43:00 194 0

Buldozerin 10 min manatlıq ehtiyat hissələrini metal qəbulu məntəqəsinə satdılar (FOTO)

Qubada buldozerin ehtiyat hissələrini oğurlayıb satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bakı. Qubada buldozerin ehtiyat hissələrini oğurlayıb satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kunxırt kənd ərazisində buldozerin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların dəfələrlə məhkum olunmuş rayonun Talabıqışlaq kənd sakinləri Elbrus Şirinov və Nahib Əliyev olduqları müəyyən edilib.