89 yaşlı əcnəbi Bakıdakı evində öldü


Digərləri 06 Mar 2019 16:27:00 188 0

89 yaşlı əcnəbi Bakıdakı evində öldü

Bakıda xarici ölkə vətəndaşı qəfil ölüb.

Bakı. Samir Əli - Bakıda xarici ölkə vətəndaşı qəfil ölüb. Səbail Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 5-də Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 3 ünvanında yaşayan, 1930-cu il təvəllüdlü Birləşmiş Krallıq vətəndaşı Joan Margaretin yaşadığı ünvanda ailə üzvlərinin yanında ölməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.