Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı qərar verdi


Kriminal 06 Mar 2019 16:14:00 251 0

Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı qərar verdi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az xəbər verir ki, bu barədə oxu.az-a vəkil Ramil Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iş baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda məlum olacaq.